Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş 9 May Qələbə Paradında 29 xarici ölkə lideri iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Uşakov siyahını da açıqlayıb. Onun sözlərinə görə, KXDR 9 May Qələbə Paradında səfir səviyyəsində təmsil olunacaq.
O bildirib ki, bundan əlavə, bir çox ölkədən, o cümlədən İsrail və ABŞ-dan veteranların iştirakı gözlənilir.
Rusiyaya gedəcək liderlər aşağıdakı ölkələri təmsil edəcəklər:
Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Abxaziya, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo Respublikası, Kuba, Laos, Monqolustan, Myanma, Paliya, Fələstin, Serbiya, Slovakiya, Papua-Yeni Qvineya, Efiopiya və Cənubi Osetiya.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:42 / 06.05.2025
Moskva paradına 29 ölkə lideri gedəcək - Siyahı AÇIQLANDI - FOTO
Hazırda oxunan: Moskva paradına 29 ölkə lideri gedəcək - Siyahı AÇIQLANDI - FOTO
Hazırda oxunan: Moskva paradına 29 ölkə lideri gedəcək - Siyahı AÇIQLANDI - FOTO
247962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.