Millimiz ilk dəfə beynəlxalq turnirdə İŞTİRAK EDƏCƏK

Millimiz ilk dəfə beynəlxalq turnirdə İŞTİRAK EDƏCƏK

Hazırda oxunan: Millimiz ilk dəfə beynəlxalq turnirdə İŞTİRAK EDƏCƏK

247812

Mayın 9-11-i aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hokkey üzrə beynəlxalq “Galaxy Cup” turnirində Azərbaycan ilk dəfə təmsil olunacaq.

Bizim.Media xəbər verir ki, yarışda “Ocaq Sport” klubunun 2013–2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.
 

Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım hesab olunur.


Gənc idmançılar yalnız fərdi bacarıqlarını deyil, həm də Azərbaycan hokkey məktəbinin formalaşmaqda olan potensialını nümayiş etdirəcəklər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO