Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimova "ippon"la məğlub olub və gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.
Qeyd edək ki, daha əvvəl Elcan Hacıyev (90 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Vüqar Talıbov (90 kq) isə gümüş medal qazanıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:20 / 04.05.2025
Düşənbədə daha bir cüdoçumuz gümüş medal qazandı
Hazırda oxunan: Düşənbədə daha bir cüdoçumuz gümüş medal qazandı
Hazırda oxunan: Düşənbədə daha bir cüdoçumuz gümüş medal qazandı
247585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.