Arda Turan Ukrayna klubunun baş məşqçisi olacaq?

Arda Turan Ukrayna klubunun baş məşqçisi olacaq?

Hazırda oxunan: Arda Turan Ukrayna klubunun baş məşqçisi olacaq?

247536

"Eyüpspor"un baş məşqçisi Arda Turan Ukraynada çalışa bilər.

Bizim.Media xəbər verir ki, "Şaxtyor" türk mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Arda Londonda Donetsk təmsilçisinin rəhbərliyi ilə görüşüb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, Arda Turan 2023-cü ilin aprel ayında "Eyüpspor"un baş məşqçisi təyin olunub. 38 yaşlı mütəxəssisin rəhbərlik etdiyi İstanbul klubu Super Liqada 34 turdan sonra 50 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO