Kartdan oğurlanan pulları geri qaytarmaq mümkündürmü? - VİDEO

Kartdan oğurlanan pulları geri qaytarmaq mümkündürmü? - VİDEO

Hazırda oxunan: Kartdan oğurlanan pulları geri qaytarmaq mümkündürmü? - VİDEO

247501

Hər gün onlarla şəxsin bank kartından vəsaiti oğurlanır. Bu problemin hələlik tam həlli mümkün olmayıb. Başqa sözlə, hələ də kart məlumatlarını başqalarına ötürən və ya etibarsız platformalarda paylaşan insanlar az deyil. Nəticədə kiberdələduzlar kartdakı vəsaiti son qəpiyinə qədər başqa hesablara köçürürlər.

Bəs hansı hallarda kartlardan və ya elektron pul kisələrindən oğurlanan vəsaitin geri qaytarılması mümkündür?

Bizim.Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi bildirir ki, kartdan vəsait çıxarıldıqdan sonra 1 saat ərzində aidiyyəti orqanlara məlumat verilməzsə, həmin pul artıq ölkədən çıxarılır.
 

Kartdan vəsait oğurlandıqda ilk bir saat ərzində məlumat verməyin vacibliyinə toxunan kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirir ki, bu müddət "kritik zaman pəncərəsi" hesab olunur.


Banklar və ödəniş sistemləri həmin vaxt ərzində əməliyyatı izləmək, dayandırmaq və ya bloklamaq imkanına malikdirlər. Əks halda, vəsait ölkə xaricinə, kriptovalyutaya və ya anonim hesablara yönləndirilə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO