Oğuzda sürət həddini aşan sürücü ağır qəzaya səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz rayon sakini 29 yaşlı Kənan Əzizovun idarə etdiyi minik avtomobili rayonun Bayan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi törədib.
Belə ki, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Nəticədə sürücü ağır xəsarət alıb, avtomobildəki sərnişin 25 yaşlı Ürfan Məcidov isə hadisə yerində keçinib. Sürücü Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun müalicəsi davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:26 / 03.05.2025
Oğuzda AĞIR QƏZA – Ölən və yaralanan var – FOTO/VİDEO
Hazırda oxunan: Oğuzda AĞIR QƏZA – Ölən və yaralanan var – FOTO/VİDEO
Hazırda oxunan: Oğuzda AĞIR QƏZA – Ölən və yaralanan var – FOTO/VİDEO
247353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.