İspaniyalı mütəxəssis Qətər futbol millisinin baş məşqçisi təyin olundu - FOTO

İspaniyalı mütəxəssis Qətər futbol millisinin baş məşqçisi təyin olundu - FOTO

Hazırda oxunan: İspaniyalı mütəxəssis Qətər futbol millisinin baş məşqçisi təyin olundu - FOTO

247099

Futbol üzrə Qətər milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Yığma komanda Xulen Lopeteqiyə həvalə olunub.

Bizim.Media xəbər verir kİ. bu barədə Qətər Futbol Federasiyası məlumat yayıb.

Müqaviləyə əsasən, Lopeteqi 2027-ci ilin iyun ayına qədər ərəblərin baş məşqçisi olacaq.

Son olaraq Premyer Liqa klublarından "Vest Hem"i çalışdıran Lopeteqinin baş məşqçi kimi CV-si olduqca zəngindir.

Mütəxəssis daha əvvəl İspaniya milli komandası, "Real Madrid", "Sevilya", "Porto", "Volverhempton" kimi klublara rəhbərlik edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO