Azərbaycanın bu il qaz satışından gəlirləri kəskin artacaq - PROQNOZ

Azərbaycanın bu il qaz satışından gəlirləri kəskin artacaq - PROQNOZ

Hazırda oxunan: Azərbaycanın bu il qaz satışından gəlirləri kəskin artacaq - PROQNOZ

247077

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan qazının 2031-ci ilə kimi Avropada satış qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, IMF Azərbaycan qazının orta illik qiymətinin ötən ildəki 389 dollardan 2025-ci ildə 517,4 dollara qalxacağını proqnozlaşdırıb.

Başqa sözlə, proqnoz ötən ildəki qiymətdən 33% və ya 128,4 dollar çoxdur. Bu yüksəliş, ehtimal ki, bazarlarda tələb-təklif balansında yaranan dalğalanmalar və ya siyasi-iqtisadi amillərlə əlaqəli ola bilər.

Fond hesab edir ki, gələn ildən etibarən qazın qiyməti davamlı azalacaq. 2026-cı ildə qazın qiyməti 424,7 dollara, 2027-ci ildə 342,2 dollara enəcək və sonrakı illərdə, yəni 2028-2030-cu illərdə sabitləşərək 290,2 dollar səviyyəsində qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO