Emrelinin komandasına "Bayer"dən hücumçu GƏTİRİLDİ

Emrelinin komandasına "Bayer"dən hücumçu GƏTİRİLDİ

Hazırda oxunan: Emrelinin komandasına "Bayer"dən hücumçu GƏTİRİLDİ

246964

Almaniyanın "Nürnberq" komandası heyətinə yeni futbolçu cəlb edib.

Bizim.Media xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
 

Nürnberqlilər "Bayer"in 17 yaşlı mərkəz hücumçusu Artyom Stepanovu 2025/26 mövsümü üçün icarə qaydasında heyətinə qatıb.


Smetanov Ukraynanın "Şaxtyor" komandasının yetirməsidir. "Bayer"in gənclər komandasının üzvü olan 1,92 metr boya malik futbolçu bu mövsüm əsas komandaya da cəlb olunub və Çempionlar Liqasının 2 matçında meydana çıxıb.

O, 19 yaşadək futbolçular arasında Almaniya çempionatında 10 oyuna 10 qol vurub.

Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də "Nürnberq"də oynayır. Müqaviləsi bu yay başa çatacaq futbolçunun həmin komandada qalıb-qalmayacağı hələ dəqiqləşməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO