“Yuventus” polşalı hücumçu ilə müqaviləni UZATDI

“Yuventus” polşalı hücumçu ilə müqaviləni UZATDI

Hazırda oxunan: “Yuventus” polşalı hücumçu ilə müqaviləni UZATDI

246948

İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi Arkadiuş Milikin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
 

Qeyd edək ki, "Yuventus" Arkadiuş Miliki 2022-ci ilin avqust ayında "Marsel"dən transfer edib. Polşa millisinin üzvü olan 31 yaşlı futbolçu bu mövsüm Turin təmsilçisinin heyətində rəsmi matçlarda iştirak etməyib.


Təcrübəli hücumçu zədəlidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO