Uşaq sahibi olmağı çətinləşdirən 5 əsas faktor

Uşaq sahibi olmağı çətinləşdirən 5 əsas faktor

Hazırda oxunan: Uşaq sahibi olmağı çətinləşdirən 5 əsas faktor

246903

Uşaq sahibi olmaq bir çox cütlük üçün həyatın ən böyük arzularındandır. Lakin bəzən qadın, bəzən isə kişi ilə bağlı problemlər bu arzunun reallaşmasını çətinləşdirə bilər.

Bizim.Media xəbər verir ki, belə hallarda zamanında mütəxəssisə müraciət etməklə və doğru müalicə üsullarından istifadə etməklə valideyn olmaq mümkündür. Bu üsullardan biri də süni mayalanma texnologiyasıdır. Təcrübəli həkimlərin apardığı fərdi müalicə planları ilə müvəffəqiyyət əldə etmək mümkündür.

Özünüzə vaxt verin

Əgər 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləlik baş vermirsə, bu zaman bir mütəxəssisə müraciət edilməlidir. Qadının yaşı 35 və üzəridirsə, bu müddət 6 aya qədər endirilir. Ətrafdan gələn təzyiqlər, başqalarının təcrübələri bəzən motivasiya itkisinə səbəb ola bilər. Ancaq ən vacib addım vaxtında hərəkətə keçməkdir.

Hamiləliyə mane ola biləcək 5 vacib faktor:

Düzənsiz və ya ağrılı aybaşı dövrləri

Əgər menstruasiya dövrləri çox sıx (21 gündən az) və ya çox seyrəkdirsə (35 gündən çox), yumurtlama problemi ola bilər. Şiddətli menstrual ağrılar isə endometrioz, miyom və ya şokalad kisti kimi xəstəliklərin əlaməti ola bilər.

Tıxanmış uşaqlıq boruları

Uşaqlıq boruları yumurtalıqla uşaqlıq arasında körpü rolunu oynayır. Hər iki borunun tıxalı olması və ya birində maye yığılması sperma və yumurtanın qarşılaşmasına mane ola bilər.

Polikistik Over Sindromu (PCOS)

Bu sindrom yumurtlamanı pozur və hamilə qalmaq şansını azalda bilər. Bu diaqnozu olan qadınlar hamiləlik planlarını həkimləri ilə mütləq müzakirə etməlidirlər.

Kişilərdə sonsuzluq

Sonsuzluğun təqribən 30%-i kişi faktorları ilə əlaqəlidir. Az sayda sperma, sperma hərəkətsizliyi və şəkil pozuntuları hamiləliyin qarşısını ala bilər. Bu problemlər çox vaxt əlamətsiz keçir və yalnız sperma analizi ilə aşkarlanır.

Hər iki tərəfin müayinə edilməsi vacibdir

Sonsuzluq təkcə qadına bağlı məsələ deyil. Hər iki tərəfin tibbi olaraq müayinə edilməsi vacibdir. Kişilər bəzən problemi ciddiyə almır və həkimə gec müraciət edir. Lakin kişi faktorları hamiləlik şansını ciddi şəkildə təsir edə bilər.

Süni mayalanma fərdi şəkildə planlaşdırılır

Süni mayalanma mütəxəssisinə müraciət etdikdə dərhal müalicəyə başlanılmır. Əvvəlcə tibbi keçmiş, müayinə, ultrasəs nəticələri və laborator analizlər aparılır. Bu nəticələr əsasında şəxsə uyğun müalicə planı hazırlanır. Bu plan həyat tərzi dəyişiklikləri, vitamin və dərman dəstəyi, sadə üsullar və ya süni mayalanma (aşılama, IVF) üsullarını əhatə edə bilər.

Doğru zamanda müdaxilə etmək önəmlidir

Əgər hamiləlik gecikirsə və ya yuxarıda sadalanan əlamətləri müşahidə edirsinizsə, vaxtında mütəxəssisə müraciət etməniz çox önəmlidir. Gecikmək hamilə qalmaq ehtimalını azalda bilər.

Peşəkar dəstək həm fiziki, həm də psixoloji cəhətdən rahatlamağınıza kömək edəcək. Doğru zamanda, doğru həkimlə yola çıxmaq, xəyal etdiyiniz körpəyə qovuşma şansınızı artıracaqdır. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO