1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Prezidentin müvafiq Sərəncamına uyğun olaraq, nazirlik İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2 500 manat birdəfəlik maddi yardım ödənilib.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 1250 manat birdəfəlik maddi yardım ödənilib.
Sərəncam İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərdən ibarət ümumilikdə 2 340 şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:40 / 30.04.2025
Bu şəxslərə 2500 manat yardım ÖDƏNİLDİ – RƏSMİ
Hazırda oxunan: Bu şəxslərə 2500 manat yardım ÖDƏNİLDİ – RƏSMİ
Hazırda oxunan: Bu şəxslərə 2500 manat yardım ÖDƏNİLDİ – RƏSMİ
246878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.