Niderland yığması Ukrayna komandasını məğlub etdi - “Avro-2020”

Niderland yığması Ukrayna komandasını məğlub etdi - “Avro-2020”

Hazırda oxunan: Niderland yığması Ukrayna komandasını məğlub etdi - “Avro-2020”

24684

Futbol üzrə Avropa çempionatının C qrupunda birinci turun oyunlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, Amsterdamda "Yohan Kroyf” stadionunda keçirilən görüşdə Niderland və Ukrayna komandaları qarşılaşıb.

Matçın birinci hissəsində qapılara qol vurulmayıb. Oyunun 52-ci dəqiqəsində Jorjinyo Viynaldum hesabı açmağa nail olub.

Cəmi 7 dəqiqə sonra Niderlandın hücumçusu Vaut Veqhorts hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin ukraynalılar 75-ci və 79-cu dəqiqələrdə fərqlənməklə hesabı bərabərləşdirməyə nail olublar. Andrey Yarmalenko və Roman Yaremçuk qapı tirini dəqiq nişan alıblar. Buna baxmayaraq, Niderland seçməsinin müdafiəçisi Denzel Dyumfres 85-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Beləliklə, Niderland yığma komandası birinci turda Ukrayna komandasını 3:2 hesabı ilə üstələyib.

C qrupun digər görüşündə isə Avstriya komandası Şimali Makedoniya seçməsini 3:1 hesabı ilə üstələyib.

C qrupunun turnir cədvəlinə 3 xalla Avstriya komandası başçılıq edir. İkinci pillədə 3 xala malik olan Niderland, 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq Ukrayna və Şimali Makedoniya yığmaları qərarlaşıb.

Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya Stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO