Cəbhəyani bölgələrdə hərbi sursat aşkarlandı

Cəbhəyani bölgələrdə hərbi sursat aşkarlandı

Hazırda oxunan: Cəbhəyani bölgələrdə hərbi sursat aşkarlandı

2468

Noyabr 10-11 tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 125 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 2 müraciət daxil olub.

Bizim.Media -ya ANAMA-dan verilən məlumata görə, 127 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər  rayonlarının bəzi kənd və qəsəbələrində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 68 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 4 ədəd partlamamış hərbi sursat (PHS), 143 ədəd bombacıq, 212 ədəd tank əleyhinə mina, 96 ədəd tank əleyhinə minanın partladıcısı və 83 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 142 ədəd bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 3 ədəd PMN minası zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO