"Marşrut avtobusu sərnişinləri sonuncu dayanacağa qədər aparmır" - ŞİKAYƏT/VİDEO

"Marşrut avtobusu sərnişinləri sonuncu dayanacağa qədər aparmır" - ŞİKAYƏT/VİDEO

Hazırda oxunan: "Marşrut avtobusu sərnişinləri sonuncu dayanacağa qədər aparmır" - ŞİKAYƏT/VİDEO

246779

Bakı şəhər sakinləri 36 nömrəli marşrut avtobusunun sonuncu dayanacağa - metronun "Ulduz" stansiyasına qədər getməməsindən şikayətçidirlər.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən avtobus dəfələrlə sərnişinləri Ziya Bünyadov prospektində mağazanın qarşısında düşürüb və yenidən birinci dayanacağa qayıdıb.

Sakinlər qeyd ediblər ki, sxem üzrə avtobus sonuncu dayanacağa qədər getməlidir, buna baxmayaraq sürücü sərnişinləri yolun yarısında endirərək mənzil başına çatdırmır.
 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, AYNA tərəfindən daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına ciddi riayət edilməsi və sürücü barədə tədbir görülməsi ilə bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb.


Sözügedən şikayətə dair görüntünü təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO