Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.
Bizim.Media-ya bu barədə AYNA-dan bildirilib. Belə ki, Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
“Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
“Bakı-Bərdə” marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC;
“Bakı-Oğuz” marşrutu üzrə hüquqi şəxs "Rüfət" MMC və fiziki şəxs Abdurahmanov Emin Yaşar oğlu;
“Sumqayıt-Qusar” marşrutu üzrə fiziki şəxs Aslanov Emin Balakərim oğlu;
“Sumqayıt-Mingəçevir” marşrutu üzrə fiziki şəxs Məmmədov Kamran Şahin oğlu;
“Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi)” marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC;
“Gəncə-Masallı” marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC;
“Sabirabad-Lənkəran” marşrutu üzrə fiziki şəxs İsmayılov Elxan Hüseyn oğlu;
“Mingəçevir-Gəncə” marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu;
“Mingəçevir-Tərtər” marşrutu üzrə fiziki şəxs Musayev Hüseyn Salman oğlu;
“Quba-Xaçmaz” marşrutu üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC;
“Mingəçevir-Xaldan (Yevlax)” marşrutu üzrə fiziki şəxs Bəndəliyev Elmir Elburus oğlu qalib elan olunublar.
Keçirilən 16 lot üzrə müsabiqədən 7-sində buraxılış ili 2024-2025-ci il olan nəqliyyat vasitələri ilə daşıyıcılar qalib elan olunub.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:35 / 29.04.2025
Bakıdan rayonlara işləyən 16 marşrut üzrə VACİB XƏBƏR
Hazırda oxunan: Bakıdan rayonlara işləyən 16 marşrut üzrə VACİB XƏBƏR
Hazırda oxunan: Bakıdan rayonlara işləyən 16 marşrut üzrə VACİB XƏBƏR
246669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.