Bəndər Abbas şəhərində yanğın yenidən başladı

Bəndər Abbas şəhərində yanğın yenidən başladı

Hazırda oxunan: Bəndər Abbas şəhərində yanğın yenidən başladı

246341

İranın Bəndər Abbas şəhərində limanda baş verən yanğın yenidən alovlanıb.

Bizim.Media xəbər verir ki, bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə halların idarə edilməsi şöbəsinin rəhbəri Mehrdad Həsən-zadə bildirib.
 

“Bəzi konteynerlərdə olan bitum və kimyəvi maddələr limanın şərq hissəsində ikinci yanğına səbəb olub”, - İran rəsmisi bildirib.


Qeyd edək ki, aprelin 27-də səhər saatlarında İran Daxili İşlər Nazirliyi yanğının artıq 80 faizinin söndürüldüyünü bildirib.

Onu da əlavə edək ki, hadisə nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO