Daha bir təyyarə qəzası: 3 ölü var

Daha bir təyyarə qəzası: 3 ölü var

Hazırda oxunan: Daha bir təyyarə qəzası: 3 ölü var

246305

ABŞ-ın Tennessi ştatında tək mühərrikli Mooney M20TN təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb.
 

Mənbə qeyd edir ki, hadisə günorta radələrində Uayt dairəsində uçuş-enmə zolağından bir mil cənubda baş verib. Alabamadan havaya qalxan təyyarə Yuxarı Kumberlend regional hava limanına yaxınlaşarkən qəzaya uğrayıb. Təyyarədə üç nəfər olub, heç kim sağ qalmayıb.


Ölənlərin kimliyi açıqlanmayıb.

Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə yerindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO