İran Hindistan və Pakistan danışıqlarında vasitəçi olmağı ÜZƏRİNƏ GÖTÜRDÜ

İran Hindistan və Pakistan danışıqlarında vasitəçi olmağı ÜZƏRİNƏ GÖTÜRDÜ

Hazırda oxunan: İran Hindistan və Pakistan danışıqlarında vasitəçi olmağı ÜZƏRİNƏ GÖTÜRDÜ

246107

İran Hindistan və Pakistan arasındakı gərginliyin aradan qaldırılması üçün vasitəçi kimi öz xidmətlərini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb:

"Hindistan və Pakistan çoxəsrlik mədəni və sivilizasiyalara söykənən əlaqələrə malik olan İranın qardaş qonşularıdır. Digər qonşular kimi, biz də onları özümüz üçün əsas prioritet hesab edirik".

Qeyd edək ki, Kəşmirdəki terror aktından sonra ölkələr arasında gərginlik artıb. Hindistan tərəfi baş verənlərə görə Pakistan hakimiyyətini günahlandırır. Aprelin 22-də naməlum silahlı şəxslər Kəşmirin Baysaran vadisində turistlərə atəş açıb. Hücum nəticəsində 25-dən çox turist həlak olub. Hücuma görə məsuliyyəti Pakistanda yerləşən Leşkər-e-Tayyiba (LeT) təşkilatı öz üzərinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO