Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələri qazanmaq üçün Parisdə lisenziya turnirində mübarizəni davam etdirirlər.
Bizim.Media xəbər verir ki, turnirin son günündə daha bir karateçimiz - Asiman Qurbanlı (+75 kq) Olimpiya lisenziyası qazanmağa çalışacaq.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan 7 medal qazandı - Rafael Ağayev çempion ola bilmədi... - FOTO
Qeyd edək ki, “Pyer de Kubertyen” arenasında keçirilən yarışda karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) uğurla çıxış edərək üçüncü yeri tutmaqla Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Bu gün başa çatacaq turnirdə Azərbaycan 6 idmançı ilə təmsil olunur. Yarışa 98 ölkədən 500 karateçi qatılıb.
Bizim.Media