Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb

Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb

Hazırda oxunan: Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb

246050

Şəmkirdə mübahisə qanla nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Şəmkir şəhər sakini, 1993-cü il təvəllüdlü O. Quliyev bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin versiyaya görə Quliyevə münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-ya bildirdiyinə görə faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır:

“Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir” deyə E. Qasımov əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO