Hamiləlikdə qan azlığı təhlükəsi: Bu 10 əlamətə diqqət edin

Hamiləlikdə qan azlığı təhlükəsi: Bu 10 əlamətə diqqət edin

Hazırda oxunan: Hamiləlikdə qan azlığı təhlükəsi: Bu 10 əlamətə diqqət edin

246010

Hamiləlik dövründə qadın orqanizmi bir sıra fizioloji dəyişikliklərə məruz qalır. Bu dövrdə bədəndəki qan həcmi təxminən 20-30% artır və bu, orqanizmin daha çox dəmir və vitamin tələbatı ilə nəticələnir. Əgər hamilə qadın bu artan tələbatı qarşılaya bilmirsə, qan azlığı – digər adı ilə anemiya ortaya çıxa bilər.

Bizim.Media xəbər verir ki, həkimlər bu vəziyyətin həm ana, həm də körpə üçün ciddi təhlükələr yarada biləcəyini bildirirlər.

Qan azlığı nədir və niyə təhlükəlidir?

Qan azlığı qandakı hemoglobin miqdarının 11 mq/dl səviyyəsinin altına düşməsi ilə müəyyən edilir. Hamiləlikdə ən çox rast gəlinən problemlərdən biri olan bu vəziyyət halsızlıq, tez yorulma, başgicəllənmə və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərir. Anemiya vaxtında müalicə olunmazsa, erkən doğum, doğum sonrası qanama və hətta ana ölümünə belə səbəb ola bilər.

Anemiyanın 10 əlaməti bunlardır:

yuxusuzluq və yorğunluq

tez-tez üşümə

nəfəs darlığı

başgicəllənmə və zəiflik

ürək döyüntüsündə sürətlənmə

baş ağrısı

solğun və quru dəri

dəridə asanlıqla göyərmə

dildə ağrı

narahat ayaq sindromu

Hamilə qadınların yarıdan çoxunda müşahidə olunur
 

Xüsusilə inkişafda olan ölkələrdə hamilə qadınların təxminən 50%-dən çoxunda anemiya müşahidə olunur. Dünya Səhiyyə Təşkilatı bu vəziyyəti ana ölümlərinin 40-60%-i ilə əlaqələndirir. Qanazlığının əsas səbəbləri arasında dəmir, fol turşusu və B12 vitamini çatışmazlığı yer alır.


Risk faktorlarına diqqət yetirin:

iki hamiləlik arasında qısa zaman fərqi

əkiz və ya daha çoxsaylı hamiləlik

davamlı qusma və iştahsızlıq

dəmir baxımından zəif qidalanma

hamiləlikdən əvvəl uzunmüddətli aybaşı qanamaları

anemiya keçmişi

Əlavə dəmir qəbulu zəruridir

Hamiləlikdə artan qan həcmi və dölün ehtiyacları səbəbilə gündəlik dəmir tələbatı iki qat artır. Qida ilə qəbul edilən dəmirin yalnız 10%-i mənimsənilə bildiyindən, əlavə dəmir preparatları istifadə edilməlidir. Qanazlığı olmayanlarda gündəlik 60 mq, anemik hallarda isə 100 mq və daha yüksək dozalar tövsiyə olunur.

Fol turşusu və B12 vitamini də mühümdür
 

Fol turşusu çatışmazlığı dölün inkişaf qüsurlarına, erkən doğuma səbəb ola bilər. 400 mq-lıq gündəlik profilaktik doza hamiləlikdən əvvəl və erkən dövrdə tövsiyə olunur. B12 çatışmazlığı isə nevroloji pozuntular, konsentrasiya çətinliyi və əllərdə uyuşma ilə özünü göstərə bilər. Xüsusilə vegeterianlar və siqaret istifadəçiləri risk altındadır.


Müalicə mümkündür

Qan azlığı vaxtında diaqnoz edilərsə, düzgün qidalanma və əlavə vitamin-mineral dəstəyi ilə müalicə mümkündür. Ana və körpə sağlamlığı üçün hamiləlik boyunca qan dəyərlərinin nəzarətdə saxlanılması böyük əhəmiyyət daşıyır. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO