Daha bir cüdoçumuz Avropa çempionatında bürünc MEDAL QAZANDI

Daha bir cüdoçumuz Avropa çempionatında bürünc MEDAL QAZANDI

Hazırda oxunan: Daha bir cüdoçumuz Avropa çempionatında bürünc MEDAL QAZANDI

245932

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, yarımfinalda məğlub olan Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda görüşdə Daniel Zeqedini (Macarıstan) üstələyib.

Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ikinci mükafat olub. Ötən gün təmsilçilərimiz arasında Əhməd Yusifov (60 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO