Lənkəran rayonunun Viyən kəndində ildırımın düşməsi nəticəsində yaşayış evində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə kənd sakini, 1963-cü il təvəllüdlü Şahan Sevdim oğlu Hüseynova məxsus ikimərtəbəli, dörd otaqlı evdə qeydə alınıb.
Güclü ildırım əvvəlcə həyətdəki elektrik dirəyini vurub, daha sonra isə dirəyə qoşulmuş naqillər vasitəsilə evə keçərək yanğına səbəb olub.
Yerli sakinlərin müdaxiləsi ilə alovun qarşısı alınıb. Kənd sakinlərinin sözlərinə görə, bu cür güclü ildırım çaxması bölgədə ilk dəfə müşahidə olunub.
Hadisə zamanı evdə heç kim olmayıb. Bildirilir ki, ev sahibi hazırda Rusiya Federasiyasında yaşayır.
Sabutay, Bizim.Media, Cənub bürosu