Azərbaycana gətirilən 24 ton banan məhv edildi – FOTO

Azərbaycana gətirilən 24 ton banan məhv edildi – FOTO

Hazırda oxunan: Azərbaycana gətirilən 24 ton banan məhv edildi – FOTO

245807

Ekvadordan və İrandan Azərbaycana gətirilən banan və ərik dənəsi partiyalarında uyğunsuzluq aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

AQTA əməkdaşları "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna baxış keçirən zaman aşkar korlanma (çürümə) halı aşkarlanıb.

"Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi "Bazargani Mobin Artın Nikan" şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə "Aflatoksin B1"in miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO