Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, əvvəlcə yarımfinalın cavab matçında "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.
Səfərdə keçirilən ilk oyunda 0:1 hesabı ilə uduzan "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada 3 cavabsız qolla qalib gəlib və finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
23 aprel (çərşənbə)
17:00.“Qarabağ” – “Araz-Naxçıvan” - 3:0
Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabar
Tofiq Bəhramov adına Respublika Stadionu
Bizim.Media