Aprelin 16-da şimal bölgəsində müşahidə edilən güclü yağış Siyəzən rayonunun Böyük Həmyə kəndinə də ciddi ziyan vurub.
Bizim.Media xəbər verir ki, kənddə yerləşən "Göycə" massivində yaşayan 220-yə yaxın sakin seldən ziyan çəkib.
Ataçayın daşması nəticəsində güçlü sel suları massivi basıb. Siyəzən İH başçısının Böyük Həmyə İƏD üzrə nümayəndəsi Rahib Məmmədovun sözlərinə görə, təbii fəlakət bu massivə çox ziyan vurub, sel sularından sakinlər güclə qurtulublar:
“Onların ev-eşiklərini su basıb, mal-qara tələf olub. Böyük Həmyə və Kiçik Həmyə kəndləri arasındakı körpü uçub”.
Rahib Məmmədov hazırda ərazidə bərpa və təmizləmə işlərinə başlanıldığını əlavə edib:
“Evlərin və həyətlərin lil və palçıqdan təmizlənməsi işləri aparılır”.
Qeyd edək ki, bu gün rayon FHK-nın üzvləri FHN-in Şimal Regional Mərkəziinin əməkdaşları ilə birgə təbii fəlakət yerinə baş çəkəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

- A-
- A
- A+
Multimedia
13:27 / 23.04.2025
Siyəzəndə evləri su basdı, mal-qara tələf oldu - VİDEO
Hazırda oxunan: Siyəzəndə evləri su basdı, mal-qara tələf oldu - VİDEO
Hazırda oxunan: Siyəzəndə evləri su basdı, mal-qara tələf oldu - VİDEO
245655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.