Oyunun ən yaxşısı quzu ilə mükafatlandırıldı - VİDEO

Oyunun ən yaxşısı quzu ilə mükafatlandırıldı - VİDEO

Hazırda oxunan: Oyunun ən yaxşısı quzu ilə mükafatlandırıldı - VİDEO

245587

Norveç yüksək liqasında matçın ən yaxşısı seçilən futbolçuya daha bir qeyri-adi mükafat verilib.

Bizim.Media xəbər verir ki, 3-cü turda “Bryüne” öz meydanında “Höqesunn”a 3:1 hesabı ilə qalib gəlib.

"Bryüne"nin ilk qolunu vuran Aksel Krüger matçın oyunçusu seçilib. 28 yaşlı müdafiəçiyə mükafat olaraq quzu hədiyyə edilib.

Bu qeyri-adi mükafatlar klubun təmsil olunduğu eyniadlı şəhərdə kənd təsərrüfatında ət və süd istehsalının üstünlük təşkil etdiyinə işarədir. Bryen şəhərinin təmsilçisi ötən ay ən yaxşı seçilən futbolçulara yumurta və süd də verib. Hətta azarkeşlərin oyuna stadiondakı traktordan baxması üçün satışda VIP biletlər olur.
 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO