Azərbaycan kubokunda finalın vaxtı DƏYİŞDİ

Azərbaycan kubokunda finalın vaxtı DƏYİŞDİ

Hazırda oxunan: Azərbaycan kubokunda finalın vaxtı DƏYİŞDİ

245579

2024/25 mövsümü Azərbaycan kubokunda final oyununun vaxtı dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının məlumatında bildirilir.

Qeyd edilib ki, 21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.
 

Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib.


Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 1 iyunda deyil, 31 may tarixində keçiriləcək. Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO