Yuxuda arvadının xəyanətini gördü, ayılıb öldürdü

Yuxuda arvadının xəyanətini gördü, ayılıb öldürdü

Hazırda oxunan: Yuxuda arvadının xəyanətini gördü, ayılıb öldürdü

245505

Kişi gördüyü yuxuya görə həyat yoldaşını qətlə yetirib.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, hadisə Özbəkistanın Fərqanə vilayətində baş verib.

Özbəkistanda kişi yuxuda həyat yoldaşının onu aldatdığını görüb, səhər tezdən onu bıçaqlayaraq qətlə yetirib.

Hadisə Marğilan şəhərində baş verib. Kişi saat 4:30 radələrində yuxudan panikaya düşmüş halda oyanıb və yuxuda arvadının ona xəyanət etdiyini gördüyünə inanaraq yatan qadını 13 dəfə bıçaqlayıb.

O, hadisəni törətdikdən sonra bunun yuxu olduğunu anlayıb və təcili tibbi yardım çağırsa da, qadını xilas etmək mümkün olmayıb.

Məhkəmədə cütlüyün üç övladı olduğu və münasibətlərində əvvəldən etimadsızlıq və mübahisələrin yaşandığı məlum olub.

Marğilan Şəhər Cinayət Məhkəməsi kişini qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilərək 16 il həbs cəzasına məhkum edib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO