Dünən vəfat edən Roma Papası Fransisklə vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, mərasim Papanın Vatikandakı iqamətgahında təşkil edilib.
Hələ ki Papa Fransisklə vida mərasimində Vatikan əməkdaşları, onun köməkçiləri və ona xidmət edən personal iştirak edir.
Sabah isə pontifikin tabutu ictimai vida mərasimi üçün Müqəddəs Pyotr bazilikasına aparılacaq. Sözügedən mərasim isə üç gün davam edəcək.
Qeyd edək ki, Papanın dəfn tarixini kardinallar təyin edəcək. İlkin ehtimala görə, pontifik aprelin 26-da dəfn olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:09 / 22.04.2025
Papa ilə vida mərasimi keçirilir - VİDEO
Hazırda oxunan: Papa ilə vida mərasimi keçirilir - VİDEO
Hazırda oxunan: Papa ilə vida mərasimi keçirilir - VİDEO
245453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.