Argentinada Hitlerin gizli bunkeri aşkar edildi

Argentinada Hitlerin gizli bunkeri aşkar edildi

Hazırda oxunan: Argentinada Hitlerin gizli bunkeri aşkar edildi

245405

"Nasist Almaniyasının rəhbəri Adolf Hitlerin 1945-ci ildə ölümünün səhnələşdirilməsinə dair təkzibedilməz sübutlar var".

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 21 illik təcrübəyə malik keçmiş agenti Bob Bayer bəyan edib.

72 yaşlı keçmiş casusun sözlərinə görə, nasist diktator əslində Argentinaya qaçıb, orada onun ardıcılları Üçüncü Reyxi dirçəltməyə çalışıblar.

O iddia edib ki, yaxın zamanda Argentinadan Hitlerlə Cənubi Amerika hökuməti arasındakı sıx əlaqələri açıqlayan məxfi sənədlər əldə edə bilər. Bayer əmindir ki, Argentina hakimiyyəti uzun illər bu məlumatı gizlədir.
 

Keçmiş MKİ agenti, həmçinin Argentina hökumətinin Misyones əyalətində gizli nasist sığınacağının tikilməsində mümkün iştirakına işarə edən "kağız və pul izi"nə diqqət çəkib. Su və elektrik təchizatı ilə təmin edilmiş bu sirli kompleks 2015-ci ildə arxeoloqlar tərəfindən ucqar cəngəlliklərdə aşkar edilib.


Bundan əlavə, keçmiş casus hesab edir ki, 1950-ci illərdə Argentina prezidenti Xuan Peron uzaq bir adada alman nasist aliminin rəhbərlik etdiyi gizli nüvə sintezi laboratoriyasının təşkilinə kömək edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO