“Bolt”dan istifadə edənlərin DİQQƏTİNƏ! Artıq pul tutulur

“Bolt”dan istifadə edənlərin DİQQƏTİNƏ! Artıq pul tutulur

Hazırda oxunan: “Bolt”dan istifadə edənlərin DİQQƏTİNƏ! Artıq pul tutulur

245311

Son zamanlar bəzi “Bolt” sürücüləri sərnişinlərə şirkətin təyin etdiyi qiymətlərdən fərqli məbləğlər deyirlər. Bu yolla sərnişindən normadan artıq pul alırlar. Əksəriyyət taksi sürücüsü və şirkət arasındakı münasibətlərin düzgün qurulmadığından, buna görə əziyyət çəkdiklərindən şikayətlənir.

Belə problemlər niyə yaranır və çıxış yolu varmı?

Bizim.Media xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı “globalinfo.az”a açıqlamasında vətəndaşın sistemdə göstərilən qiymətlə hərəkət etməyi düzgün hesab etdiyini bildirib:

“Hazırda mövcud qiymətlər taksi sürücülərini qane etmir. Onlar qiymətlərin aşağı olduğunu düşünürlər. Əvvəl 10-12 min manatlıq “Toyota Prius”larla xidmət göstərirdilər deyə sərf edirdi. Amma indi vəziyyət fərqlidir. Sərnişinlər də hazırkı qiymətlərə etiraz edir. Tərəflər arasında ziddiyyət var. Səsi çıxmayan yeganə struktur isə taksi şirkətləridir. Görünür, mövcud durum onlara uyğundur”.

Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar hərəkətə keçməlidir:

“Standart qiymət paketi hazırlanmalıdır. Kilometrə görə hesablama olmalıdır ki, nə şirkət bazar yaratsın, nə sürücü ziyana düşsün, nə də sərnişin narazı qalsın. Hazırda tapşırıq verilib ki, qiymət 2,50 manatdan aşağı olmasın. Yuxarı hədd isə müəyyənləşdirilməyib. Problem bu səbəbdən yaranır. Fikrimcə, mütləq qiymətlərin yuxarı həddi də bəlli olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO