Qadın və kişi voleyboçuların Yüksək Liqalarında üçüncü yer uğrunda oyunlar keçirilib.
Bizim.Media xəbər verir ki, qadınların yarışında "Gəncə" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşıb.
"Milli Aviasiya Akademiyası" ikinci görüşdə də gəncəliləri məğlub edərək bürünc mükafata sahib çıxıb.
Kişilərin mübarizəsində isə bürünc medal uğrunda ilk matç keçirilib. "Xilasedici" "Neftçi"yə 3:0 hesabı ilə qalib gəlib. Bu komandaların ikinci oyunu sabah keçiriləcək. Qeyd edək ki,reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.
Yüksək Liqa
20 aprel
Qadınlar (ikinci oyun)
15:00. "Milli Aviasiya Akademiyası" - "Gəncə" - 3:2 (25:27, 17:25, 25:14, 25:21, 15:12)
İlk oyun – 3:1
GİN-in Voleybol Mərkəzi
Kişilər (birinci oyun)
17:00. "Neftçi" və "Xilasedici" - 0:3 (20:25, 22:25,17:25)
GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, iki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media