Pentaqonda QALMAQAL: Nazir Yəmənə zərbə məlumatlarını arvadına göndərib

Pentaqonda QALMAQAL: Nazir Yəmənə zərbə məlumatlarını arvadına göndərib

Hazırda oxunan: Pentaqonda QALMAQAL: Nazir Yəmənə zərbə məlumatlarını arvadına göndərib

245213

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Yəmənə zərbələri ilə bağlı ətraflı məlumatı eyni zamanda həyat yoldaşının, qardaşının və vəkilinin də daxil edildiyi "Signal" çatına göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" nəşri mənbələrə istinadən məlumat verib.

Nəşr yazır ki, Heqset martın 15-də Pentaqon əməkdaşı olmayan həyat yoldaşı Cennifer, həmçinin qardaşı Fil və hərbi qurumda çalışan şəxsi hüquqşünas Tim Parlatore ilə olan çatda "F/A-18 Hornet" qırıcılarının Yəmən husilərinin "Ənsar-Allah" üsyançı hərəkatının mövqelərinə zərbələr endirdiyi uçuş cədvəlini paylaşıb.
 

Nəşrin qeyd etdiyi kimi, ABŞ administrasiyasının rəsmilərinin iştirak etdiyi və "The Atlantic" jurnalının baş redaktoru Cefri Qoldberqin də əlavə edildiyi, qalmaqala səbəb olan "Signal" çatından fərqli olaraq, ikinci çat Pentaqon rəhbəri tərəfindən şəxsən yaradılıb və oraya həyat yoldaşından əlavə, Heqsetin yaxın çevrəsindən daha 10-a yaxın adam daxil edilib.


"Müdafiə/Komandanlıq iclası" adlanan çata əlavə edilənlər sırasında, həmçinin məlumat sızması səbəbilə işdən çıxarılan iki məmur da olub.

Üstəlik, ABŞ hərbi qurumunun rəhbəri çatda danışıq üçün iş telefonundan deyil, şəxsi telefonundan istifadə edib.

Nəşrin yazdığına görə, çatda, əsasən, təşkilati və inzibati məsələlərlə bağlı məlumatlar müzakirə olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO