Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hazırda oxunan: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

245126

Aprelin 21-də Azərbaycanın avtomobil yollarında dumanlı hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildiriblər ki, aprelin 21-də gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.

Bu səbəbdən avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Dumanlı hava şəraitində yol hərəkəti iştirakçılarına aşağıdakı tədbirləri görmək tövsiyə olunur:

• Sürət həddini azaldın və yol şəraitinə uyğun hərəkət edin.

• Dönmə və əyləc manevrlərini əvvəlcədən planlaşdırın.

• Yaxın məsafədə olan nəqliyyat vasitələri ilə aranı qoruyun.

• Dumanlı hava şəraitində uzaq işıqları deyil, yaxın işıqları istifadə edin.

• Zərurət olmadıqda ötmə manevrindən çəkinin.

Yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin bu tövsiyələrə əməl etməsi vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO