Premyer Liqada yerini faktiki təmin edən «Şamaxı» növbəti mövsümün transfer çalışmalarına başlayıb.
Bizim.Media Ayxan Abbasovun rəhbərliyi altında uğurlu mövsüm keçirən «şirlər» həm xarici, həm də daxili bazarda fəaldır.
Bu günlərdə peortuqaliyalı qapıçı Rikardu Fernendeslə müqavilə müddətini 2 il uzadan Şirvan təmsilçisi növbəti keçidi razılaşdırıb.
Bu, «Turan Tovuz»un yetirməsi, cari ilin əvvəlindən «Mingəçevir»in formasını geyinən Raul Məmmədovdur. «Şamaxı»lılar hazırda I Liqada çıxış edən yarımmüdafiəçi ilə danışıqları başa çatdırıb. 2004-cü il təvəllüdlü gənclə 3 illik anlaşma əldə olunub. Raul Məmmədov vaxtilə Ayxan Abasovun rəhbərliyi altında «Turan Tovuz»da oynayıb. Abbasov U-21-in sükanı arxasına keçəndən sonra Məmmədovu diqqətindən kənarda saxlamayıb. Onu Türkiyə toplanışına aparıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:06 / 19.04.2025
“Şamaxı” daha bir futbolçu ilə ANLAŞDI
Hazırda oxunan: “Şamaxı” daha bir futbolçu ilə ANLAŞDI
Hazırda oxunan: “Şamaxı” daha bir futbolçu ilə ANLAŞDI
245051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.