32 nəfərin zəhərləndiyi şadlıq sarayından açıqlama: "Çoxu panikaya düşdü..."

32 nəfərin zəhərləndiyi şadlıq sarayından açıqlama: "Çoxu panikaya düşdü..."

Hazırda oxunan: 32 nəfərin zəhərləndiyi şadlıq sarayından açıqlama: "Çoxu panikaya düşdü..."

244977

Ötən gecə Bakıda yerləşən "Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə olub. 32 nəfər dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı "Sitat.info"nun əməkdaşı şadlıq sarayının rəhbərliyi ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB: Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər hospitalizasiya olunub


Restoranın administratoru baş verənləri belə izah etdi:

"Biz ən etibarlı firmalarla işləyirik. Zəhərlənməyə hansı məhsulun səbəb olduğunu dəqiq bilmirik. Siyahını vermişik, araşdırsınlar. Hadisə belə oldu ki, əvvəlcə 4 nəfərin halı pisləşdi. 32 nəfərin hamısı zəhərlənməyib yəni.

Qalanları da panikaya düşdülər. Ona görə kütləvi müraciət oldu. Dörd nəfər ambulator müalicə aldı, qalanları evə buraxıldı. Əslində çoxu panikaya düşüb, təcili tibbi yardıma getdi. Onların səhhətində böyük ciddi məsələ yox idi. Səs-küy düşdü, məsələ böyüdü".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO