Quba-Xınalıq yoluna yağan qar sakinləri işıqsız qoydu – VİDEO

Quba-Xınalıq yoluna yağan qar sakinləri işıqsız qoydu – VİDEO

Hazırda oxunan: Quba-Xınalıq yoluna yağan qar sakinləri işıqsız qoydu – VİDEO

244965

Quba-Xınalıq yolu 4-cü gündür ki, bağlıdır. Güclü qar və qaya uçması səbəbindən bağlanmış yolu ötən gün də açmaq mümkün olmayıb.

Quba 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya bildirib ki, yola 1 metr qar yağıb, üstəlik də dağlardan gələn iri qaya parçaları, daşlar yolu keçilməz edib.

Sakinlər yolun açılmasını gözləyirlər. Rayon mərkəzi ilə əlaqə tam kəsilib. Quba-Xınalıq yolunun 38-ci km-dən üzü Xınalığa doğru 9 kənd yerləşir. Bu kəndlərdə əhalinin rayonla nəqliyyat əlaqəsi tam kəsilib. Üstəlik, Xınalıq istiqamətində 4 gündür ki, işıq da yoxdur.

Ümumiyyətlə, Qubanın dağ kəndlərində ciddi işıq problemi yaşanır. Söhüb kəndi ərazisində elektrik şəbəkəsinin qar yağarkən fəaliyyətini tam dayandırması Qonaq-kənd-Xınalıq istiqamətində onlarla kəndi işıqsız qoyub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO