Azərbaycanlılarla svanlar yenə toqquşdu - Dmanisidə həbs olunanlar var

Azərbaycanlılarla svanlar yenə toqquşdu - Dmanisidə həbs olunanlar var

Hazırda oxunan: Azərbaycanlılarla svanlar yenə toqquşdu - Dmanisidə həbs olunanlar var

24496

Dmanisidə azərbaycanlılar və svanlar arasında son insident mayın 16-da baş verib. Növbəti gün tərəflər arasında barışıq əldə olunub və rayonda gərginlik aradan qaldırılıb. Amma heç bir ay keçməmiş daha bir insident yaşanıb.

Bizim.Media xəbər verir ki, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində dörd nəfər saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər bu ilin iyunun 10-da Dmanisidə 3 gənclə mübahisə ediblər və fiziki təzyiq göstəriblər.

Polis ikisi keçmiş məhkum olmaqla dörd nəfəri yaxalayıb. Faktla bağlı iki və ya daha artıq şəxsə qarşı qrup halında zorakılıq maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 2 ilədək müddətə həbs cəzası gözləyir.

Saytımıza Dmanisidən sızdırılan məlumata görə, insident yerli azərbaycanlılar və svanlar arasında baş verib. Saxlanılan şəxslər svan əsilli ekomiqrantlardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO