Bakıda küçədən meyit tapılıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu H.Seyidzadə küçəsində baş verib.
Küçədə 48 yaşlı Çingiz Çingiz oğlu Əliyevin meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlaməti olmayıb. Məlumata görə, mərhum əvvəllər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 234-cü (narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma) maddələri ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:15 / 19.04.2025
Bakıda qətl törədən keçmiş məhkum küçədə CAN VERDİ
Hazırda oxunan: Bakıda qətl törədən keçmiş məhkum küçədə CAN VERDİ
Hazırda oxunan: Bakıda qətl törədən keçmiş məhkum küçədə CAN VERDİ
244939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.