Bu ölkə ruslarla əlaqani kəsmək üçün sərhəddə divar hörəcək - TƏKLİF

Bu ölkə ruslarla əlaqani kəsmək üçün sərhəddə divar hörəcək - TƏKLİF

Hazırda oxunan: Bu ölkə ruslarla əlaqani kəsmək üçün sərhəddə divar hörəcək - TƏKLİF

244910

Litvalı deputat Baranov ölkəsini ruslardan ayırmaq və ünsiyyəti dayandırmaq üçün sərhəddə divar inşa etməyi təklif edib.

Bizim.Media xəbər verir ki, Litva Seyminin Xarici Əlaqələr Komitəsinin üzvü Ruslan Baranov Rusiyanın müəyyən davranışlarından şikayətlənib.

O bildirib ki, Aİ ölkələrindən olan tərəfdaşları ilə müzakirələr zamanı o, daim rusların da xalq olduğu, onlar da sülh istədiyi barədə qəribə düşüncə ilə qarşılaşır:

“Əlbəttə, mən rusların insan olması faktını şübhə altına almıram, amma bu o qədər də sadə deyil”.

Onun fikrincə, “rusların mərhəmətə bürünəcəyini” gözləməyin mənası yoxdur, ona görə də sərhəddə divarlar tikmək və ünsiyyəti tamamilə dayandırmaq ən rahat seçimdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO