Vasif Manafın hansı videosunu SİLDİRİB?

Vasif Manafın hansı videosunu SİLDİRİB?

Hazırda oxunan: Vasif Manafın hansı videosunu SİLDİRİB?

244883

Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevin şabaş yığdığı videonu sildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, “Gün ortası” verilişində danışıb. 

Vasif Manafa tövsiyə verdiyini bildirib.

“Bəli, sildirmişəm. Manaf mənim dostumdur, dedim ki, o şeylərə uyma. O da pula görə etməmişdi, ifası yaxşı alınmışdı deyə paylaşmışdı. İstəməmişdi ifası arxada qalsın. Amma dünyanın ən gözəl ifasını da etsəm, o an gəlib mənə pul versələr, paylaşmaram. 
 

Elə müğənnilərimiz, musiqiçilərimizlə elə məclislərdə olmuşuq ki, orada 100-150 min, 200 min dollara qədər pullar yerdə olub. İndi bunlar yığışdırılıb. Amma bunları paylaşmaq mümkün deyil.


İnsanlar var ki, həmin şabaşlara ehtiyacı var, amma elələri də var ki, çox gülünc görünür. Sizə baxıb gülürlər, estetik baxımdan düzgün deyil. Sən ifa edəndə pul verə bilərlər, bunu paylaşmamalısan. Amma sənin ifan davam edərkən köməkçin əlindən almalıdır”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO