Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Hazırda oxunan: Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

244732

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 122, 160A, 193, 195 və 503 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan Bizim.Media-ya bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
 

Sənədlər 16 may 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.


Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 122 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi), 160A nömrəli şəhərətrafı (Binə qəsəbəsi, "Atçılıq" yaşayış massivi – Binə qəsəbəsinin mərkəzi), 193 nömrəli şəhərətrafı (Mirzə Məhəmməd xan küçəsi – "Lökbatan" NMM), 195 nömrəli şəhərətrafı (Ələt qəsəbəsi – “Abşeron” ticarət mərkəzi), 503 nömrəli şəhərətrafı (BBAK – Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi) avtobus marşrutları üzrə 5 Lotda mayın 23-də baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO