Neymar "Atletiko Mineyro" ilə matçda AĞLADI - FOTO

Neymar "Atletiko Mineyro" ilə matçda AĞLADI - FOTO

Hazırda oxunan: Neymar "Atletiko Mineyro" ilə matçda AĞLADI - FOTO

244721

"Santos"un futbolçusu Neymar yenə zədələnib.

Bizim.Media xəbər verir ki, o, Braziliya çempionatının 4-cü turunda "Atletiko Mineyro"ya qarşı keçirilən görüşdə sıradan çıxıb.

Neymar mart ayından bəri onu narahat edən sol bud nahiyəsindən yenidən zədə alıb. Məhz bu zədə səbəbindən futbolçu DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya və Argentinaya qarşı keçirilən oyunlarda Braziliya millisindən kənarda qalmışdı.

Futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edəək ki, Neymar bu mövsüm bütün turnirlərdə 11 matça çıxıb, 3 qol vurub və 3 qol ötürməsi verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO