Gəncədə yanğın hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
İlkin məlumata görə, iki mərtəbəli binanın ikinci mərtəbəsində anidən alov başlayıb. Yanğını söndürmək üçün əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili və 20-ə yaxın canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və yanğının digər tikililərə keçməsinin qarşısını alınıb.
Hadisənin elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu