Daha bir ölkəyə vizasız gedə biləcəyik – YENİ İMKANLAR

Daha bir ölkəyə vizasız gedə biləcəyik – YENİ İMKANLAR

Hazırda oxunan: Daha bir ölkəyə vizasız gedə biləcəyik – YENİ İMKANLAR

244702

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib ki, Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir.

Qeyd edilib ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

Məsələni Bizim.Media-ya şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib.

Onun sözlərinə görə artıq iki ölkə arasında ticarət dövriyyəsi üç milyard dollardan artıqdır:

“Bir tərəfdən iqtisadi əlaqələrin genişlənməsi, digər tərəfdən strateji əməkdaşlığın dərinləşməsi müşahidə olunur. Son rəqəmlər göstərir ki, bütövlükdə Çindən Azərbaycana gələn turistlərin sayında da artımlar var. Bu da nəticə etibari ilə iki ölkə arasında turizim sahəsində əməkdaşlığın güclənməsindən xəbər verir”, - deyə deputat bildirib.

O, qeyd edib ki, sözsüz ölkələrin strateji əməkdaşlığı həm də viza prosesinə təsirsiz ötüşmür:

“Azərbaycan daha öncə Çin vətəndaşları üçün bir il müddətində viza güzəştləri tətbiq etmişdi. İndi gözlənilir ki, oxşar güzəştlər Çin Xalq Respublikası tərəfindən Azərbaycana tətbiq olunacaq.

Bu isə təbii ki, bir tərəfdən turizmə dəstəkdir. Çünki 2023-cü illə müqayisədə Çindən Azərbaycana gələnlərin sayı 1.9 dəfə artıb. Bu iki dəfəyə yaxın artım deməkdir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO