Onkoloji xəstələrə psixoloji yardım GÖSTƏRİLƏCƏK?

Onkoloji xəstələrə psixoloji yardım GÖSTƏRİLƏCƏK?

Hazırda oxunan: Onkoloji xəstələrə psixoloji yardım GÖSTƏRİLƏCƏK?

244679

Azərbaycanda onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı artıb. 2022-ci ilin rəsmi rəqəmlərinə görə, ölkəmizdə 62 min 385 onkoloji xəstə qeydiyyatdadır. 2023-cü ilin statsitikasına görə isə hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə var. Yəni bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.
 

MÖVZU İLƏ BAĞLI:

60 mindən çox insanın ÜMİD YERİ - Onkoloji xəstələr tibbi sığortadan nə zaman yararlanacaq?


Xərçəng xəstələrinin sayı təkcə ölkəmizdə yox, dünyada da artıb. Tibb elmi hər il xəstəliyin daha effektiv müalicə üsullarını axtarır və tətbiq edilməsinə nail olur. Xəstəlik tez aşkarlansa, sağalma riski daha çoxdur.

Bunun minlərlə nümunəsi də mövcuddur. Buna baxmayaraq, onkoloji xəstəlikdən əziyyət çəkənlər bəzən ruh düşkünlüyünə qapılır, depressiyaya düşürlər. Həkimlərsə müalicənin effektivliyinin həm də yüksək əhval-ruhiyyədən, inamdan ibarət olduğunu yazırlar.

Bəs onkoloji xəstələrə psixoloji yardım göstərilirmi? Bu, həm də müalicənin bir elementi kimi götürülə bilərmi?

Mövzu barədə Bizim.Media-ya danışan psixoloq Fuad Əsədov deyib ki, onkoloji xəstələrə psixoloji yardım göstərilməlidir və bu, müalicənin ayrılmaz bir hissəsi kimi qəbul olunmalıdır:

“Xərçəng diaqnozu alan şəxslər tez-tez təşviş, depressiya və ümidsizlik kimi psixoloji çətinliklərlə qarşılaşırlar. Psixo-onkologiya sahəsi, bu emosional vəziyyətləri idarə etməyə və xəstələrin müalicəyə adaptasiyasını asanlaşdırmağa yönəlib .

Bu sahə, həmçinin ailə üzvlərinin də emosional dəstək və qayğı göstərmək bacarıqlarının gücləndirilməsini əhatə edir. Beynəlxalq təcrübədə, məsələn, ABŞ-da, onkoloji xəstələrə psixoloji dəstək verilməsi standart müalicə protokollarının bir hissəsidir”.

O bildirib ki, Azərbaycanda da bu sahədə müəyyən addımlar atılır:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onkoloji xəstəlik səbəbindən əlilliyi olan şəxslərə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Bu səbəbdən, psixoloji dəstək, onkoloji müalicənin ayrılmaz bir hissəsi kimi qəbul edilməli və bütün mərhələlərdə tətbiq olunmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO