Meksika ABŞ-a nota göndərdi

Meksika ABŞ-a nota göndərdi

Hazırda oxunan: Meksika ABŞ-a nota göndərdi

244624

Vaşinqtonun qanunsuz miqrasiyanın qarşısını almaq üçün cənub sərhədləri yaxınlığında yeni hərbi baza yaratmaq istədiyi barədə xəbərlərdən sonra Meksika ABŞ-a diplomatik nota göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu qərar ABŞ-ın öz ərazisində suveren hüququ olsa da, Meksikaya təsir etməməlidir.
 

Klaudiya Şeynbaum, həmçinin Meksikanın miqrasiyanın köklü səbəblərini aradan qaldırmaq kursuna sadiq olduğunu, insan hüquqlarına hörmət etmək və sərhəd bölgələrində yaşayan icmalara zərər verməmək üçün Vaşinqtondan konkret addımlar gözlədiyini bildirib.


ABŞ mediasının məlumatına görə, aprelin 11-də Prezident Donald Tramp hərbçilərin Meksika ilə sərhəd boyu əraziləri öz yurisdiksiyasına götürmələri üçün dörd federal qurumun rəhbərlərinə göstəriş verib. Eyni zamanda, Ağ ev Meksika ilə sərhəd yaxınlığında hərbi baza yaratmağı nəzərdən keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO