Bu gün Mədəniyyət naziri Anar Kərimov Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa-konservasiya işləri ilə tanış olub.
Bizim.Media xəbər verir ki, görülən işlər barədə nazirə ətraflı məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Şahbulaq qalasının yenidənqurma planı təqdim edildi - FOTOLAR - YENİLƏNİB
"Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir", deyə nazir qeyd edib.
Qeyd edək ki, “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında ölkə Prezidentinin sərəncamına əsasən, 2019-cu ilin iyul ayından abidədə bərpa-konservasiya işlərinə başlanılıb.
Bizim.Media